Ukrayna silahlı qüvvələri Kursk AES-ə hücum edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya lideri Vladimir Putin sərhədyanı rayonlardakı vəziyyətə həsr olunmuş konfransda bildirib.
"Düşmən bu gecə AES-i vurmağa cəhd edib. Beynəlxalq Atom Enerjisi Agentliyi artıq insidentlə bağlı məlumatlandırılıb və vəziyyəti qiymətləndirmək üçün öz nümayəndələrini göndərəcəklərini vəd ediblər", - dövlət başçısı əlavə edib.
Ağarza Elçinoğlu