Seulun qərbində, Bucheonda oteldə baş verən yanğın nəticəsində ölən və yaralananlar var.
"Unikal" “Yonhap” a istinadən xəbər verir ki, otelin səkkizinci mərtəbəsində baş verən yanğın nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.
Rəsmilərin bildirdiyinə görə, yanğınsöndürənlər xilasetmə işlərinə davam etdiyi üçün itkilərin sayı arta bilər.