Ukrayna Silahlı Qüvvələri (AFU) Rusiyanın iki bölgəsinə zərbələr endirməyə cəhd edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirliyi məlumat yayıb.
"Ukrayna pilotsuz təyyarələri hava hücumundan müdafiə qüvvələri tərəfindən ələ keçirilib. PUA-lardan 4-ü Belqorod vilayəti, daha 3-ü isə Kursk vilayəti üzərində ələ keçirilib", - məlumatda qeyd olunub.
Müdafiə Nazirliyi Ukraynanın hərəkətlərini Rusiya ərazisindəki hədəflərə terror hücumu həyata keçirmək cəhdi adlandırıb.
Gülayə Mecid