Afrikada nəhəng almaz çıxarılıb.

"Unikal" xəbər verir ki, heç bir zərər görmədən çıxarılan xam almazın "qeyri-adi və keyfiyyətli" olduğu bildirilib.

Öz çəkisi ilə bu almaz 1905-ci ildə Cənubi Afrikada çıxarılan 3106 karatlıq (təxminən 621 qram) "Cullinan Diamond"dan sonra ikinci ən böyük almaz olub. Sözügedən almaz 2492 karat (təxminən 499 qram) ağırlığı ilə Afrikanın Botsvana ölkəsindəki Karove Almaz Mədənindən çıxarılıb. Botsvana hökuməti 2492 karatlıq nəhəng daşın mədəndən çıxarılan ikinci ən böyük daş olduğunu və bu gün sərgilənəcəyini açıqlayıb.

Həmçinin, almazın Botsvana prezidenti Mokgweetsi Masinin ofisində dünyaya təqdim ediləcəyi bildirilib. Masisi almazı ilk görən insanlardan biri olacaq.

Zərifə Nağıyeva