Hindistanın baş naziri Narendra Modi ölkələr arasında diplomatik əlaqələrin qurulmasından sonra ilk dəfə olaraq Ukraynaya ilk səfərini edib.
"Unikal" xəbər verir ki, bu barədə Hindistanın NDTV telekanalı məlumat yayıb.
"Baş nazir Narendra Modi bu səhər Polşaya iki günlük səfərini başa vurduqdan sonra Ukraynaya getdi. Onun Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü planlaşdırılır", - NDTV yazıb.
Gülayə Mecid