Moskvada hərbi komissarlığı telefonu ilə lentə alan Qazaxıstan vətəndaşı saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilir ki, 47 yaşlı Aleksey T. avqustun 21-də paytaxtın Presnenski rayonunun Mantulinskaya küçəsindəki hərbi komissarlıq binasının yaxınlığında saxlanılıb. Polis bölməsində saxlanılan şəxs Moskvaya turizm məqsədi ilə gəldiyini və “Novotel”də qeydiyyatdan keçdiyini bildirib. O,saxlanılan zaman sərxoş vəziyyətdə olub.
Kişi barəsində cinayət işi açılıb.
Seymur Əli