Venesuela Ali Məhkəməsi (TSJ) iyulun 28-də ölkədə keçirilən prezident seçkilərində Nikolas Maduronun qalib gəldiyini təsdiqləyib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, TSJ Seçki Departamenti uzun müddətdir iqtidar və müxalifət arasında etirazlara səbəb olan 28 iyul prezident seçkilərinin nəticələri ilə bağlı qərar verib. TSJ, Milli Seçki Şurasının (TSE) iyulun 29-da açıqladığı prezident seçkilərinin nəticələrində heç bir qanun pozuntusunun olmadığına qərar verib və Maduronun seçkidə qalib gəldiyini təsdiqləyib.
Seçki prosesi ilə bağlı "hərtərəfli" və "dərin" araşdırma aparıldığını qeyd edən TSJ-nin hakimi Caryslia Beatriz Rodriguez iyulda prezident seçkiləri başa çatdıqdan sonra CNE sisteminə "böyük" kiber hücumun edildiyinin bildirib.
Venesuela Ali Məhkəməsi ölkənin ən yüksək məhkəmə orqanı hesab olunur və Venesuela qanunlarına uyğun olaraq seçkilərin etibarlılığını təsdiqləmək üçün məsuliyyət daşıyır. Sözügedən seçki nəticələrinə etiraz edildikdə və ya nəticələr mübahisəli olduqda, TSJ işə daxil olur və yekun qərarı verir. TSJ-nin Maduronun qələbəsini təsdiqləməsi o deməkdir ki, seçki nəticələri qanuni qəbul edilib.
Gülayə Mecid