"“Milli Hərəkat” partiyasını mühakimə etmək gələcək üçün zəruridir". .
"Unikal" xəbər verir ki, bunu Gürcüstanın baş naziri, “Gürcü arzusu”nun seçki qərargahının rəhbəri İrakli Kobaxidze bildirib.
Kobaxidzenin sözlərinə görə, ölkə daimi risk şəraitində ola bilməz: "Əlbəttə, bütün bu 12 il ərzində ölkə onsuz da inkişaf edirdi və Mtsxetadakı seçki görüşündə biz ölkənin nailiyyətlərindən danışdıq. Məsələn, “Milli Hərəkat” hakimiyyətdən gedəndə ölkəmizin iqtisadiyyatı 28 milyard idisə, bu gün demək olar ki, 90 milyarda çatıb. Bu, əsas nailiyyətlərdən biridir. Müvafiq olaraq, dövlət büdcəsi üç dəfə artıb. Universal səhiyyə proqramı tətbiq olundu, sosial paketin həcmi bir neçə dəfə artırıldı və s.
Təbii ki, ölkə onsuz da inkişaf edirdi, amma inkişaf baxımından belə qeyri-sağlam müxalifət olanda, daim sizinlə növbədənkənar seçkilərdən, inqilabdan, ölkənin parçalanmasından və s. haqqında danışmalı oluruq. Bu ciddi problemdir. İkincisi, demokratik sistemdə sabitliyin olması ümumən vacibdir. Əgər ölkədə müxalifət daim müharibəyə, ölkənin çaşqınlaşmasına yönəlmiş xarici qurumla təmsil olunursa, təbii ki, risklər həmişə olacaq. Ona görə də gələcək üçün “Milli Hərəkat”ı mühakimə etmək lazımdır. Ölkə daimi əyləc, daimi risk şəraitində yaşaya bilməz. “Milli Hərəkat” mühakimə olunmalıdır ki, ölkənin parlaq, Avropa gələcəyi olsun".
O, həmçinin qeyd edib ki, Gürcüstan parlamentinin eks-prezidenti Mixail Saakaşvilinin təsis etdiyi müxalif partiyadan olan deputatlar siyasi birliyin konstitusiyaya zidd olduğu elan edildikdən sonra deputat mandatlarından məhrum ediləcəklər: "Yalnız Konstitusiya Məhkəməsi mandatları ləğv edə bilər, məncə, mandatların ləğvi partiyaya qoyulan qadağanın məntiqi davamı olardı".
Ağarza Elçinoğlu