İranın paytaxtı Tehranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra HƏMAS-ın cavab planı üzə çıxıb.
"Unikal" xəbər verir ki, plana görə, HƏMAS-ın xarici ölkələrdə israilliləri hədəf alacağı iddia edilib.
İsrail mediasına danışan və şəxsiyyətlərinin gizli saxlanılmasını istəyən Fələstin rəsmiləri bu əməliyyatla bağlı qərarın sui-qəsddən iki gün sonra verildiyini iddia edib. Qəzza zolağından İsrailə birbaşa hücum etmək imkanları azaldığından qrupun strategiyasını dəyişdiyi düşünülür.
HƏMAS-ın İsrail vətəndaşlarını, yoxsa məmurları hədəf alacağı isə məlum deyil.
Xatırladaq ki, HƏMAS və onun dəstəkçisi İran, Haniyənin üç həftə əvvəl Tehranda öldürülməsindən sonra İsrailə qarşı qisas alacağına söz verib.
Zərifə Nağıyeva