Latviya Ukraynaya təhvil verilməsi üçün pilotsuz uçuş aparatlarının (PUA) ən böyük partiyasının hazırlanmasını başa çatdırıb.
"Unikal" xəbər verir ki, bu barədə Latviyanın müdafiə naziri Andris Spruds deyib.
"Latviya istehsalçılarına məxsus pilotsuz təyyarələrin ən böyük partiyası Ukraynaya göndərilmək üçün hazırlanıb – 1400 PUA", - o bildirib.
Bundan əlavə, Latviya Ukrayna hakimiyyətinə təhvil verilməsi üçün təxminən 2,7 min pilotsuz təyyarə alıb.
Ağarza Elçinoğlu