Politoloq Bəhruz Səmədov həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə onun vəkili Zibeydə Sadıqova məlumat verib. Vəkil deyib ki, müvəkkilinə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.
Səbail Rayon Məhkəməsinin qərarı ilə B.Səmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.