Avqustun 22-də saat 23 radələrində Sumqayıt şəhəri ərazisində 1984-cü il təvəllüdlü X.Xiyalıyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən "Unikal"a bildirilib ki,Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Elşən Nağıyev saxlanılıb.

Hadisə tərəflər arasında şəxsi münasibətlərin pozulması zəminində baş verib.

Faktla bağlı istintaq araşdırması aparılır.