Ermənistanda Qərbi Nil qızdırmasından 1 yox, 4 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
KİV Ermənistan Səhiyyə Nazirliyini həqiqəti gizlətməkdə ittiham edib: "22 nəfərin vəziyyəti ağırdır və xəstəxanalara yerləşdirilir. İki gün əvvəl nazirlik son 14 gündə bu qızdırmaya yoluxanların sayının 58-ə çatdığını, onlardan 41-nin xəstəxanalara yerləşdirildiyini, 4-nün vəziyyətinin ağır olduğunu, bir nəfərin dünyasını dəyişdiyini bildirib.
Səhiyyə Nazirliyi “Covid-2” edir – onlar fakt və rəqəmləri saxtalaşdırırlar. Üstəlik, vəziyyəti müzakirə etmək üçün infeksiyaçıların iştirakı ilə bir şura dəvət edilmədi".
Ağarza Elçinoğlu