Belarus prezidenti Aleksandr Lukaşenko ölkənin Müstəqillik Günü münasibətilə Ukrayna vətəndaşlarına təbrik məktubu göndərib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O qeyd edib ki, Belarus torpağında ürəkaçan və zəhmətkeş Ukrayna xalqına həmişə xüsusi hörmət və hərarətlə yanaşılıb: "Xalqlarımız uzun müddət birlikdə güc tapıb, sevinclə kədəri, sığınacaqla çörəyi bölüşüb, çətinliklərə birgə qalib gəlib, uğurları ilə fəxr edib.
Bizi təkcə ümumi tale və qohumluq əlaqələri deyil, həm də qonşularımızla dost olmaq və ünsiyyət qurmaq istəyi birləşdirir. Əminəm ki, bugünkü çətin şəraitdə slavyan xalqlarının indiki və gələcək nəsilləri naminə sülh dilində danışmaq nəinki mümkün, həm də zəruridir. Alternativ yoxdur. Belarus da öz növbəsində regionda təhlükəsizliyi mümkün qədər tez təmin etmək üçün əlindən gələni etməyə davam edəcək",
Lukaşenko təbrik məktubunda Ukrayna lideri Volodimir Zelenskinin adını çəkməyib.
Ağarza Elçinoğlu