Ermənistan-İran sərhədi geosiyasi vəziyyətə və ABŞ ilə İran arasındakı münasibətlərə görə hər an faktiki olaraq bağlana bilər.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri məlumat yayıb.
Qeyd olunub ki, Paşinyan və Ermənistanın XİN rəhbəri mütəmadi olaraq iranlı həmkarları ilə görüşüb Ermənistan-İran dostluğu ilə bağlı bəyanatlar versələr də, Ermənistan tərəfinin verdiyi bəyanatlar əsasən formal xarakter daşıyır və Ermənistan-İran münasibətlərini dərinləşdirmək və inkişaf etdirmək əvəzinə, gündən-günə daha soyuq və yadlaşma müşahidə edilir.
"Xüsusən də son görüş və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və İlham Əliyevin verdiyi bəyanatlar bir şeyi təsdiqlədi: Azərbaycan təkcə Rusiya ilə deyil, İranla münasibətlərin tənzimlənməsi istiqamətində qəti addımlar atır. Xüsusilə, bu ölkələr üçün böyük əhəmiyyət kəsb edən iqtisadi və logistik əməkdaşlıq baxımından fəal strateji əməkdaşlıq qurub", - qeyd olunub.
Həmçinin bildirilib ki, Ermənistan-İran münasibətlərinin müəyyən dəyişikliklər nəticəsində pisləşə biləcəyi ilə bağlı narahatlıqlar var: "Ermənistandan müvafiq cavab verilməsə, İranın Ermənistanı hər zaman belə dəstəkləyəcəyinə zəmanət verilmir. Və əgər həmin anda İran əmin olsa ki, Ermənistanla münasibətlərin korlanması geridönməzdir, o zaman İran digər region ölkələri, xüsusən də Azərbaycan və Türkiyə ilə razılaşmalara getməli olacaq".
Ağarza Elçinoğlu