Ermənistanın Tavuş vilayətində 2 nəfər bıçaqlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Qeyd olunub ki, 37 yaşlı Roman A. və 25 yaşlı Karen G. tibbi yardım üçün müraciət edib.
Məlum olub ki, bıçaqlanan Roman A. “Tavuş-su istifadəçiləri” şirkətinin direktoru, Karen G. isə Ermənistan Daxili İşlər Nazirliyinin İcevan yanğın-xilasetmə dəstəsində sınaq müddətində işləyir.
Onları bıçaqlamaqda şübhəli bilinən Mihran M. polkovnikdir. Erməniatan Müdafiə Nazirliyinin ehtiyat qüvvələrindəndir.
Ağarza Elçinoğlu