Müharibənin sonu ancaq Ukraynanın ərazi bütövlüyünün bərpası ilə ola bilər.
"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, Ukraynanın bu gün atdığı və atmağa davam edəcəyi çoxlu elementlər və addımlar var:"Müharibənin sonu ancaq Ukraynanın ərazi bütövlüyünün bərpası və Putin və Rusiya Federasiyasının təkrar təcavüzünün qarşısının alınması ilə ola bilər".
Zelenski əlavə edib ki, Ukrayna Putini bu müharibəni diplomatik yolla bitirməyə məcbur etmək üçün hər şeyi edəcək ki, ilk növbədə insan və vaxt itkisi olmasın.
Ağarza Elçinoğlu