Hizbullah Fələstinin şimalında İsrailin hərbi bazalarını və mövqelərini məhv edib. 

"Unikal" xəbər verir ki, bu barədə İranın İRNA agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Hizbullah Zeytim bazasında, TSAXAL-ın Şimal Korpusunun komanda qərargahında digər hədəfləri, casus avadanlığı və İsrail hərbçilərinin Əl Matla bazasında, Ramim kazarmasında, Hadab Yaroon bazasında, Əl Abad bazasında, Zaritdə casus avadanlıqlarını sıradan çxıarıb. 

Bunun son 35 gündə Hizbullahın İsrail hədəflərinə qarşı ən böyük əməliyyatı olduğu bildirilir.

Ağarza Elçinoğlu