İsrail ordusunun sözçüsü Daniel Hagari mətbuat konfransı keçirib.
“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, konfransda Qahirədə davam edən müzakirələrlə bağlı danışıb.
Sözcü açıqlamasında “Qahirədə davam edən danışıqlar fonunda Qəzza və şimal sərhədindəki münaqişə ilə bağlı kritik bir həftənin astanasındayıq. Müdafiə və hücumda hazırlığımız ən yüksək səviyyədədir” ifadələrindən istifadə edib.
Qeyd edək ki, o, hər bir inkişaf haqqında ictimaiyyəti daim məlumatlandıracağını da qeyd edib.
Fidan Nuriyeva