Ermənistanın baş naziri Nikol Paşinyana alma atan şəxs sərbəst buraxılıb.
"Unikal" xəbər verir ki, bu barədə məlumatı Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan yayıb.
Xatırladaq ki, Paşinyan İrəvanın Kanaker-Zeytun inzibati rayonuna gələn zaman yerli sakin, 71 yaşlı Albert Arstamyan 9-cu mərtəbədəki evinin pəncərəsindən ona alma atıb. Bundan sonra o saxlanılıb.
Arstamyana qarşı Cinayət Məcəlləsinin 297-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. O, öz ərizəsi ilə azadlığa buraxılıb, lakin cinayət işi davam edir.