Moskvada Rusiya Mərkəzi Bankının 39 yaşlı keçmiş əməkdaşı Aleksandr Lipatov 36 yaşlı həyat yoldaşı Milenanı və 3 yaşlı qızını eyvandan atıb.
"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, qadınn və körpəsi hadisə yerində ölüb.
Uzun müddət polis əməkdaşlarına qapını açmayan Lipatov mənzilindəki əşyaları balkondan aşağı atıb. O, daha sonra ağır vəziyyətdə saxlanılıb, hazırda komadadır.
Hadisənin motivləri araşdırılır.
Qeyd edək ki, Lipatov bir neçə ay əvvəl işindən ayrılıb.