Göyərtəsində miqrantların olduğu gəmi Yəmən sahillərində batıb, azı 13 nəfər ölüb, 14 nəfər itkin düşüb.
"Unikal" xəbər verir ki, bu barədə BMT-nin Miqrasiya Təşkilatının məlumatında. Bildirilir ki, içərisində 25 efiopiyalı miqrant, o cümlədən kapitan və yoldaşı olan qayıq Taiz əyaləti sahillərində çevrilib.
Ədən körfəzini Qırmızı dənizlə birləşdirən Bab əl-Məndəb boğazının sahillərində 11 kişi və iki qadının cəsədi tapılıb, ikisi yəmənli də daxil olmaqla daha 14 nəfər itkin düşmüş hesab edilir.