Çeçenistan rəhbərinin oğlu Adam Kadırov respublikanın ən yüksək mükafatı - "Kadırov ordeni" ilə təltif edilib.
"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkədə milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev bildirib.
“Bu, onun yüksək mənəvi keyfiyyətinin və işinə sadiqliyinin layiqli etirafıdır. Adam əsl müsəlman və çeçen olmaqla, öz şanlı ailəsini layiqincə təmsil edən vətəninin əsl vətənpərvəridir”, - deyə Dudayev qeyd edib.