Nikol Paşinyana alma atmaqda şübhəli bilinən 71 yaşlı Albert Arustamyandır. Onun ailə üzvləri (iki qızı və bir nəvəsi) öz iradələri olmadan həmin gün Zeytun polis şöbəsinə aparılaraq səhər saat yeddiyə qədər orada saxlanılıblar.
"Unikal" xəbər verir ki, bu barədə erməni hüquqşünas Roman Yeritsyan sosial şəbəkədə yazıb.
“İkinci qrup əlil olan Albert Arustamyan da elə həmin gün saxlanılaraq Zeytun polis şöbəsinə aparılıb, ona qarşı kobud və hörmətsiz rəftar edilib, səhəri gün isə o, istintaq təcridxanasına köçürülüb. Həmin gün onun evində eyni növdən alma axtaran azyaşlı uşaqların iştirakı ilə axtarış aparılıb.
Şahidlər (həyətdəki uşaqlar) deyirlər ki, Nikol Paşinyan və mühafizəsi onlara qumbara atıldığını güman edib və dərhal yerə uzanıblar”, - deyə o yazıb.