SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) növbəti uğurunu qeyd edir.

"Unikal" xəbər verir ki, BANM-ın 4 ixtisası Azərbaycan ali təhsil müəssisələri arasında ən yüksək keçid balına görə ilk beşlikdə yer alıb.

Dövlət İmtahan Mərkəzinin 2024/2025-ci tədris ili üçün açıqladığı nəticələrə əsasən:

Bakı Ali Neft Məktəbi,  İnformasiya təhlükəsizliyi - 687 bal

Azərbaycan Tibb Universiteti, Tibb - 681 bal

Bakı Ali Neft Məktəbi, Kimya mühəndisliyi - 678 bal

Bakı Ali Neft Məktəbi, Kompüter elmləri - 673.5 bal

Bakı Ali Neft Məktəbi, Kompüter mühəndisliyi - 673 bal

Bununla yanaşı I və II qrup üzrə ən yüksək keçid balına malikdir:

I qrup: İnformasiya təhlükəsizliyi - 687 bal

II qrup: Biznesin idarə edilməsi - 653 bal

Yeni tədris ilində tələbələrimizə uğurlar arzulayırıq!