Rusiya hərbçiləri İvano-Frankovskda Ukrayna Silahlı Qüvvələrinin iki ədəd F-16 qırıcısını gizlədə bildiyi anqara hücum ediblər. 

"Unikal" xəbər verir ki,  bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilir ki, hücum zamanı enerji sektoruna, o  cümlədən son vaxtlar xaricdən gətirilən avadanlıqların yerləşdiyi anqara ciddi ziyan dəyib. 

Məlumata görə, Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin Xarkovdakı müvəqqəti dislokasiya məntəqəsinə də hücum edib.

Gülayə  Mecid