Hücumlar fonunda Ukraynanın hər yerində fövqəladə elektrik enerjisi kəsilib.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın DTEK enerji holdinqi məlumat yayıb.
""Ukrenergo" fövqəladə elektrik enerjisinin kəsilməsi ilə bağlı əmr verib. Mütəxəssislər elektrik enerjisinin bərpası üzərində işləyirlər", - məlumatda deyilir.
Bundan əvvəl Ukrayna KİV-i rus qoşunlarının Ukrayna şəhərlərinə iri raket hücumları təşkil etdiyini yazmışdı. Partlayışlar Kiyev, Dnepr, Odessa, Krivoy Roq, Xarkov, Lutsk və digər şəhərlərdə baş verib.
Gülayə Mecid