"Reuters" agentliyinin əməkdaşı Rayan Evans Donetsk vilayətinin Kramatorsk şəhərindəki hotellərdən birinə hücum nəticəsində həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı agentlik təsdiqləyib.

Media Evansın təhlükəsizlik üzrə məsləhətçi olduğunu və raket hücumu nəticəsində Kramatorskdakı Sapphire hotelində olduğunu açıqlayıb. 

"İki jurnalistimiz xəstəxanadadır, onlardan biri ağır yaralıdır", - "Reuters" agentliyi bildirib. 

Ağarza Elçinoğlu