"Rusiya prezidenti Vladimir Putin və Telegram-ın yaradıcısı Pavel Durov Rusiya liderinin Bakıya son səfəri zamanı görüşməyiblər".
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə jurnalistlərə açıqlamasında deyib.
"Xeyr", – Peskov jurnalistlərə Putinin Azərbaycana səfəri zamanı Durovla görüşüb-görüşməməsi ilə bağlı suala cavabında deyib.
Rusiya Federasiyasının Prezidenti iki günlük dövlət səfəri üçün avqustun 18-də Bakıya uçub.