Rusiya prezidenti Vladimir Putinlə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Müzakirələr enerji sahəsində də daxil olmaqla, qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın gələcək inkişafının aktual məsələləri üzrə davam etdirilib", - deyə məlumatda bildirilir.

Putinin Astanaya dövlət səfərinə hazırlıq məsələləri də müzakirə olunub.

Ağarza Elçinoğlu