"Ukrayna Rusiyanın hücumlarına cavab vermək üçün öz istehsalı olan silahlar hazırlayır".
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umyerov “Facebook” səhifəsində məlumat verib.
"Rusiya bu gecə şəhərlərimizi yenidən vurdu. Dinc insanlar yaralandı, evlər dağıldı, mühüm infrastruktura ziyan dəydi", - deyə nazir vurğulayıb.