Dənizlinin Pamukkale rayonundan İzmirə toya getmək üçün yola çıxan mikroavtobus sürücünün sükanı itirməsi nəticəsində aşıb. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Qeyd olunub ki, qəzada biri ağır olmaqla 26 nəfər yaralanıb. Zərərçəkənlər təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Polis qəza ilə bağlı araşdırma başladıb. 

Ağarza Elçinoğlu