Britaniyalı qadın özünün 102-ci ad gününü paraşütlə tullanma ilə qeyd edib və ölkənin ən yaşlı paraşütçü adını qazanıb.
"Unikal" xəbər verir ki, bu barədə Teleqraf qəzeti məlumat yayıb.
“İkinci Dünya müharibəsinin 102 yaşlı veteranı Şərqi İngiltərə üzərində 7 min fut (2,1 kilometr) hündürlükdə təyyarədən tullanaraq Britaniyanın ən yaşlı paraşütçü olub”, - məlumatda belə deyilir.
Nəşr qeyd edir ki, qadın İkinci Dünya müharibəsi zamanı Hərbi Dəniz Qüvvələrinin qadınlardan ibarət yardımçı bölməsində xidmət edib.
Daha bir maraqlı fakt: haqqında söhbət gedən britaniyalı qadın 100 yaşını “Ferrari”nin sükanı arxasında qeyd etmişdi. O, Formula 1 yarışlarının keçirildiyi Silverstoun trası boyunca avtomobili saatda 200 kilometrdən çox sürətlə sürmüşdü.