Fransa prezidenti Emmanuel Makron "Telegram"ın qurucusu Pavel Durovun həbsi ilə bağlı qərarın siyasi olmadığını bildirib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Fransa prezidentinin sözlərinə görə, "Telegram" qurucusunun Fransa ərazisində həbsi davam edən məhkəmə istintaqı çərçivəsində baş verib, qərar hakimlərin ixtiyarındadır.
"Mən Pavel Durovun həbsindən sonra Fransa haqqında yalan məlumatları oxuyuram. Fransaifadə və ünsiyyət azadlığına, innovasiyaya və sahibkarlığa ən çox sadiq olan ölkədir", - deyə Makron bildirib.
Qeyd edək ki, Pavel Durov "Telegram"da kiber və maliyyə cinayətləri sahəsində əməkdaşlıqdan imtina etməkdə ittiham olunur.