Gəncədə tanışını bıçaqlayan şəxs tutulub.

Bu barədə "Unikal"a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis mayoru Eşqin Qasımov bildirib.

DİN rəsmisinin sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Vüsal Əsgərov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir

***

21:38
Gəncədə bıçaqlanma olub.

"Unikal"ın yerli bürosunun məlumatına görə, hadisə şəhərin "Dubay bazar"ı adlanan ərazisində qeydə alınıb. Belə ki, bazarda iki nəfərin arasında mübahisə düşüb. Mübahisə zamanı şəhər sakini - 1987-ci il təvəllüdlü Araz Məmmədov bıçaqlanıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, A.Məmmədovu tanıdığı şəxs bıçaqlayıb.

Tural Əhmədov