Hindistanın Baş naziri Narendra Modi ABŞ Prezidenti Co Baydenlə telefonla Ukraynadakı vəziyyəti və digər regional və qlobal məsələləri müzakirə etdiyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb.
"Mən bu gün Co Baydenlə telefonla danışdım. Biz müxtəlif regional və qlobal məsələlər, o cümlədən Ukraynadakı vəziyyətlə bağlı hərtərəfli fikir mübadiləsi apardıq. Bir daha qeyd etdim ki, Hindistan sülh və sabitliyin tezliklə bərpasını tam dəstəkləyir", - deyə Modi qeyd edib.
Ötən həftə Modi Ukraynaya səfəri zamanı deyib ki, Moskva və Kiyev münaqişənin həlli yolunu tapmaq üçün bir-biri ilə danışıqlar aparmalıdır. Hindistanın baş nazirinin sözlərinə görə, Dehli “sülhə nail olmağa yönəlmiş istənilən səylərdə fəal rol oynamağa” hazırdır.