İran-İraq sərhədində güclü partlayış və yanğın baş verib.

"Unikal" İran mediasına istinadən xəbər verir ki, ən azı 12 yanacaq çəni partlayıb.

Hadisə İraqın qərbindəki Qəsr Şirin sərhəddində baş verib.

İranın Kirmanşah əyalətinin Böhran Vəziyyətlərində İdarəetmə Baş İdarəsinin informasiya mərkəzinin məlumatına görə, yanğın nəticəsində bir nəfər ölüb.

İran hökumətinin məlumatına görə, yanğın yanacaq tankerinin yanında gəzintiyə çıxan iraqlı sürücünün ehtiyatsızlığı nəticəsində baş verib. Yanğın 12 tankerə keçib.