Pentaqon Kiyevə Kursk vilayətinə hücumla bağlı məsləhət verməyib.
“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, Pentaqonun sözçüsü Patrik Rayder Ukrayna Silahlı Qüvvələrinin (AFU) Rusiyanın Kursk bölgəsinə genişmiqyaslı hücumu ilə bağlı Amerika hərbçilərinin Kiyevə hansı tövsiyələr verdiyini açıqlamaqdan imtina edib.
Qeyd edək ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi avqustun 6-da səhər saatlarında Ukrayna ordusunun Kursk vilayətinin dərinliyinə getməyə cəhd etdiyini bildirib.
Fidan Nuriyeva