İsrail ordusu bazar ertəsi Qəzzada Nasser xəstəxanasını vurub. 

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində TRT Ərəbi operatoru Məhəmməd əl-Zaanin gözündən yaralanıb.

Qeyd edək ki, TRT Haber kanalında təqdim etdiyi reportajda hadisəni izah edən digər TRT müxbiri Sami Berhum hücumun Qəzza zolağında Xan Yunusda baş verdiyini və İsrail raketinin jurnalistlərin olduğu çadıra düşdüyünü bildirib.

Fidan Nuriyeva