Alim, geoloji kəşfiyyat və mədənçıxarma sahəsində tədqiqatçı İlgiz Törekuloviç Aytmatov 94 yaşında vəfat edib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, İlgiz Törekuloviç bu gün səhər saatlarında dünyasını dəyişib.

O, dünya şöhrətli yazıçı Çingiz Aytmatovun kiçik qardaşıdır. 200-dən çox elmi məqalənin, 15 ixtiranın və bir elmi kəşfin müəllifidir.