Pakistanda Bəlucistan Azadlıq Ordusu polis məntəqələrinə, dəmiryol xətlərinə və avtomobil yollarına hücumlar həyata keçirib.
"Unikal" xarici KİV-Ə istinadən xəbər verir ki, 3 ayrı bölgədə baş verən hücumlarda ümumilikdə 53 nəfər həyatını itirib.
Pakistan ordusu avtobus və yük maşınlarının hədəf alındığı hücum zamanı baş verən qarşıdurmada 14 əsgər və polisin həyatını itirdiyini, 21 hücumçunun isə öldürüldüyünü açıqlayıb.
Dəmir yoluna edilən hücuma görə, Bəlucistan əyalətinin mərkəzi Kvetta ilə ölkənin qalan hissəsi arasında dəmir yolu hərəkəti dayandırılıb. Dəmiryolları rəsmisi Məhəmməd Kaşif hücum edənlər İrana gedən dəmir yolu əlaqəsinə də hücum etdiklərini bildirib.
Yerli hakimiyyət orqanları, həmçinin, polis bölməsinə edilən hücumda azı 10 nəfərin, dəmir yolu körpüsünə edilən hücumda isə 6 nəfərin həyatını itirdiyini qeyd edib.
Zərifə Nağıyeva