Ecklonia dəniz yosununu yemək Parkinson xəstəliyinin inkişafını ləngidə və ya qarşısını ala bilər.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yaponiyalı tədqiqatçılar araşdırma aparıblar.
Parkinson xəstəliyi dopamin istehsal edən neyronların ölümü nəticəsində meydana gələn neyrodegenerativ xəstəlikdir. Ecklonia cava yosunlarından olan antioksidantlar neyronları sərbəst radikalların vurduğu zərərdən qorumaq üçün potensial vasitə kimi xidmət edə bilər və bununla da xəstəliyin gedişatının qarşısını alır və ya yavaşlatır.
Təcrübə zamanı elm adamları dopamin istehsal edən neyronları məhv edən pestisid rotenondan istifadə edərək siçanlarda Parkinson xəstəliyinin analoqunu təhrik ediblər. Bundan sonra siçanların bir hissəsi Ecklonia cava antioksidantları ilə zənginləşdirilmiş pəhrizlə qidalanıb, digər hissəsi isə adi pəhrizdə qalıb.
Nəticələr göstərir ki, antioksidantlarla müalicə olunan siçanlarda beyindəki neyronlar qorunur və Parkinson xəstəliyinin simptomları nəzarət qrupu ilə müqayisədə daha azalır. Tədqiqat işi hələ də davam etdirilir.
Gülayə Mecid