Amerikalı iş adamı və sahibkar İlon Mask Fransa prezidenti Emmanuel Makrona müraciət edərək "Telegram"ın yaradıcısı Pavel Durovun həbsinin səbəblərini izah edib.
"Unikal" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
Durovun saxlanması ilə bağlı Makrona müraciət edən Mask, "Dünya ictimaiyyətinin onun niyə həbs edildiyi barədə daha ətraflı məlumat əldə etməsi faydalı olardı",- şərhini yazıb.
Fransa prezidenti vurğulayıb ki, təhlükəsizlik qüvvələrinin "Telegram"ın qurucusu Pavel Durovu həbs etmək qərarı siyasi motivlərlə diktə olunmayıb.
Durov avqustun 24-də axşam Fransanın Le Burje hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb.
Fransa polisi "Reuters" agentliyinə bildirib ki, iş adamı "Telegram"da kiber və maliyyə cinayətləri məsələlərində əməkdaşlıqdan imtina etməkdə ittiham olunur. Onlar əlavə ediblər ki, Durov kibercinayətkarlıq və fırıldaqçılıqla mübarizə üzrə milli departamentlər tərəfindən araşdırılır.
Gülayə Mecid