Türkiyənin İzmir şəhərində qandonduran qətl hadisəsi  baş verib. 

"Unikal" xəbər verir ki,  ata dörd azyaşlı övladını  meşəlik əraziyə apararaq güllələyib.  Hadisə nəticəsində  3 uşaq həyatını itirib, bir uşaq isə yaralanıb. 

Qətliamı törədən ata və yaraladığı övladı xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbi hələlik açıqlanmayıb.   İzmir hüquq-mühafizə orqanları bölgədə işlərini davam etdirir.

Gülayə Mecid