Polşa Rusiya uzaqmənzilli aviasiyasının fəaliyyəti ilə əlaqədar ölkənin hava məkanının təhlükəsizliyini təmin etmək üçün səhər saatlarında ölkənin cənub-şərqində qırıcı təyyarələri qaldırıb. 

"Unikal" xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin operativ komandanlığının bəyanatında deyilir.

Komandanlıq xəbərdarlıq edib ki, Polşanın cənub-şərq hissəsində Polşa və İttifaqın hərbi aviasiyasının ölkənin hava məkanında apardığı əməliyyatlar səbəbindən gurultu səsləri müşahidə oluna bilər.

Seymur Əli