Dünyada müxtəlif sahə və bizneslərlə məşğul olan zəngin ailələr vardır.
"Unikal" dünyanın ən zəngin 5 ailəsini təqdim edir:
Koç ailəsi
Amerikanın ən böyük özəl şirkətlərindən biri olan "Koch Industries"in sahibləri olan Koç ailəsi 144 milyard dollarlıq sərvətlə bu siyahıda beşinci yerdə qərarlaşıb. Ailənin xüsusilə neft və kimya sənayesində xüsusi nüfuzu var.
Dumas ailəsi
Fransız moda nəhəngi olan "Hermes"in altıncı nəsil varisləri 151 milyard dollarlıq sərvətlə siyahıda dördüncü sıradadır. Dəbdəbəli moda və aksessuarlarda dünya lideri olan bu ailə Hermes Kelly çantaları ilə dünyada tanınır.
Bernard Arnault ailəsi
"LVMH" lideri olan Bernard Arnault və ailəsi 191,8 milyard dollar sərvətlə üçüncü yerdədir. 75 yaşlı Bernard Arnault 1978-ci ildə "Ferret Savinel" ailə şirkətinin direktorlar şurasının sədri olub. Arnault "Savineli" idarə edərkən məşhur lüks marka olan "Christian Dior"u alıb. Fransız iş adamı 1989-cu ildə "Louis Vuitton" və "Moet Hennessy" brendlərinin birləşməsi nəticəsində yaranan LVMH qrupunun əksər səhmlərini 2,6 milyard dollar ödəyərək əldə edib. Lüks istehlak sənayesinin nəhənglərindən biri olan Arnault ailəsi moda və ətir kimi sahələrdə dünyaca məşhur brendlərə sahibdir.
Əl Nəhyan ailəsi
Əbu-Dabidən olan bu ailə Əl Nəhyan 305 milyard dollarlıq sərvətlə dünyanın ikinci ən zəngin ailəsidir. Enerji sektorunda və strateji investisiyalarda böyük rol oynayan bu ailə son illərdə sürətlə yüksəlib.
Uolton ailəsi
Dünyanın ən zəngin ailəsi olan Uolton ailəsinin sərvəti 347 milyard dollardır. "Walmart"n qurucuları kimi tanınan bu ailə pərakəndə satış sənayesində dünya lideridir.
Zərifə Nağıyeva