"Rusiya Fransada saxlanılan "Telegram" messencerinin yaradıcısı Pavel Durovun müdafiəsinin təşkilinə kömək etməyə hazırdır".
"Unikal" xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov brifinq zamanı deyib.
Onun sözlərinə görə, Moskva Durovun müdafiəsini təşkil etmək üçün bütün lazımi imkanlara malikdir.
"Onun Rusiya vətəndaşlığını nəzərə alaraq, mühafizəsini təmin etməyə hazırıq. Bizə qarşı irəli sürülən ittihamlar həqiqətən də çox ciddidir, onlar ciddi sübut bazası tələb edir”, - Peskov qeyd edib.
Peskov əlavə edib ki, Durovun saxlanmasının siyasi səbəbləri var, lakin Fransa prezidenti Emmanuel Makron bir gün əvvəl bunu təkzib edib.
Durov avqustun 24-də axşam Fransanın "Le Burje" hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. Fransa KİV-in məlumatına görə, Fransa vətəndaşlığı olan P.Durov ölkədə axtarışda olan şəxslərin siyahısında yer alırdı.
Gülayə Mecid