Oliqarx Bidzina İvanişvilinin təşəbbüsü ilə “Gürcü arzusu” partiyası rəsmi olaraq pravoslavlığı dövlət dini elan etmək istəyir.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın“Formula” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, avqustun 26-da bu məsələ ilə bağlı artıq Gürcüstan Patriarxlığında yüksək rütbəli din xadimləri və Patriarxlığın nümayəndələrinin iştirak etdiyi toplantı keçirilib.
Daha bir görüş planlaşdırılır, lakin onun tarixi hələ məlum deyil. Mənbələr bildirir ki, bütün Gürcüstanın patriarxı II İlya bu təşəbbüsün əleyhinədir. O hesab edir ki, bu, lazım deyil və ölkədə belə bir tarixi məqam hələ yetişməyib.
Axalkalaki və Qumburdo mitropoliti Nikoloz Paçuaşvili qeyd edib ki, pravoslavlıq dövlət dini elan edilərsə, kilsə dövlətdən müstəqil ola bilməz. Onun fikrincə, bu qərar “ölkəyə xeyir verməyəcək”.
Gülayə Mecid