Qanunsuz sahibkarlıq və çirkli pulların yuyulması ilə bağlı cinayət işi çərçivəsində Rusiya Dövlət Dumasının keçmiş deputatı Sergey Sopçuka məxsus 79 daşınar və daşınmaz əmlak obyekti, habelə ümumi dəyəri 41 milyard rubl olan aktivlər məhkəmə tərəfindən müsadirə edilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb və müsadirə edilmiş əşyanın bir hissəsinin videosüjetini təqdim edib.
Kadrlarda malikanənin daxili bəzəyi, avtomobilləri və zinət əşyaları əks olunub.
Müstəntiqlərin sözlərinə görə, 2011-ci ildən deputat olan Sopçuk qızıl hasilatı biznesi ilə məşğul olub. O, aktivləri 38 milyard rubldan çox olan “Terney Gold” müəssisəsini yaxın qohumlarının adına rəsmiləşdirib. Eks-deputat həmçinin dövlət sərhədindən buraxılış məntəqələrində bir neçə infrastruktur obyektini şəxsi mülkiyyətə keçirib.
Moskvanın Zamoskvoretski Rayon Məhkəməsi Rusiya Baş Prokurorluğunun tələbi ilə Sopçukun aktivlərinə həbs qoyub.
Sabiq deputat BƏƏ-də gizlənir və beynəlxalq axtarışa verilib.
Gülayə Mecid