Rusiya "Telegram" messencerinin həmtəsisçisi Pavel Durovun saxlanılmasına görə Fransaya nota verib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergry Lavrov bildirib.
Nazir qeyd edib ki, Fransa hakimiyyəti Rusiya tərəfinin Pavel Durovun konsulluqla əlaqə saxlamasını tələb edən notasını nəzərdən keçirir: "Bizim notamız nəzərdən keçirilir, biz bu notaya cavab gözləyirik.
Fransa hakimiyyəti Durovu kiminsə məsləhəti ilə şifrləmə kodlarına giriş əldə etmək istədiyi üçün saxlayıb. Bu, messencerin həqiqətən qorunduğunu sübut edir".
Ağarza Elçinoğlu